METBUAT.AZ

Texnologiya

Xiaomi yeni modelini hazırladı -

17 Oktyabr 2024 19:58

Redmi Note 14 seriyasından olan daha bir model təqdim ediləcək.

Metbuat.az xəbər verir ki, bu dəfə Redmi Note 14 Pro 4G modeli seriyaya daxil olacaq. Bildirilir ki, bundan əvvəl Redminin orta seqmentində uğur qazanan Redmi Note 14 seriyalı modelləri Çində təqdim edilmişdi. Bu seriyaya Note 14 5G ilə yanaşı, seriyaya Note 14 Pro 5G və Note 14 Pro + 5G daxildir.Məlumata görə, 4G dəstəkli model də seriyaya daxil ediləcək. “XiaomiTime” saytındakı xəbərə görə, bu model Redmi Note 14 Pro 4G adı ilə təqdim ediləcək.

Redmi Note 14 Pro 4G MediaTek prosessoru ilə təchiz ediləcək. Yeni telefon barəsində ətraflı detallar olmasa, seriyadakı digər telefonlardan ucuz olacağı deyilir. Məqsəd bu seriyadan olan telefonun satış sayını daha da artırmaqdır.


metbuat.az.