10 Oktyabr 2024 11:42
"YouTube" şirkətinin həmtəsisçisi Stiv Çen öz platformasını "Google"a satdığı üçün peşiman deyil.
Metbuat.az Report-a istinadən xəbər verir ki, o, bunu "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Şirkəti "Google"a satdığım üçün peşiman deyiləm. "Google" olmasaydı, "YouTube" bu qədər populyar olmazdı. O vaxt biz pul itirirdik, illər lazım oldu ki, "YouTube" gəlirli olsun. "Google" onu satın alandan sonra inkişaf etdirməyə başladı, uzun illər "YouTube"dan pul qazana bilmədi. İnsanlar başa düşmür ki, hansı iş nə qədər çətindir, hamını xoşbəxt etmək nə qədər çətin məsələdir? Hazırda insanlar "YouTube"dan geniş istifadə edirlər, həzz alırlar. 3-4 yaşlı uşaqlar belə "YouTube"a baxır. Hazırda o, həm telefonda, həm də televiziyada çox populyardır. Kontentə baxsaq insanlar tam fərqli şeylərə baxırlar. Kontent insanlar kimi daim dəyişir", -deyə o qeyd edib.