10 Oktyabr 2024 22:10
Yutub pulsuz hesablar üçün reklamlarla bağlı yenilik edib.
Metbuat.az xəbər verir ki, platforma istifadəçilərin reklam zamanı tez-tez istifadə etdiyi “skip” düyməsini mobil cihazlarda gizlətməyə başlayıb. Bildirilir ki, düymə tamamilə ləğv edilməyib. Reklamda müəyyən vaxt keçdikdən sonra görünməyə başlayır. Yeniliyə əsasən reklamın ilk 5 saniyəsində "keç" düyməsi düzbucaqlı fonun arxasında gizlənir və yalnız müəyyən vaxt keçdikdən sonra aktivləşir. Bu funksiya hazırda yutubun mobil proqramlarında sınaqdan keçirilir və ardınca bütün platformada tətbiq ediləcəyi deyilir.
Yeni funksiya “keç” düyməsini daha çox gizlədəcək və istifadəçilərdən daha çox reklam izləməyi tələb edəcək.