METBUAT.AZ

İdman

“Yuventus”a xoş gəldin Arda Güler -

21 Oktyabr 2024 21:08

"Yuventus" Arda Gülərin transferini rəsmən açıqlayıb. Amma həqiqət sonradan üzə çıxıb.

Metbuat.az xəbər verir ki, "Yuventus"un ingiliscə olan rəsmi X hesabında “Real Madrid”in ulduzu Arda Gülerin transferi açıqlanıb. Paylaşımda ““Yuventus”a xoş gəlmisiniz, Arda Güler! Futbolun yüksələn ulduzu artıq “Juventus” ailəsinin bir parçasıdır! Bu yeni səyahətdə birlikdə tarix yazmağa hazırsınızmı?” - deyə bildirilib.

Paylaşımdan sonra “Yuventus” məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada ingiliscə hesabın hakerlər tərəfindən ələ keçirildiyi bildirilib.


metbuat.az.