METBUAT.AZ

Ölkə

Zaur Mikayılov onu vəzifəsindən azad etdi

7 Oktyabr 2024 11:06

Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib.

Metbuat.az Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq Əmr imzalayıb.

Həmin vəzifəyə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin edildiyi bildirilir.


metbuat.az.