17 Oktyabr 2024 12:33
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Brüsselə səfər edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında məlumat yayıb.
Səfər çərçivəsində o, Avropa liderlərinə qələbə planını təqdim edəcək.
Zelenski qeyd edib ki, Brüsseldə Avropa Şurasının xüsusi iclası keçiriləcək və bu iclasda müharibəni ədalətli şəkildə bitirmək üçün Ukraynanın mövqeyini gücləndirmək məsələləri müzakirə olunacaq. O, həmçinin Avropa Parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların rəhbərləri ilə, eləcə də NATO baş katibi Mark Rutte ilə görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, Zelenski ötən gün Ali Radada müharibənin yekunu ilə bağlı gözlənilən "sülh və qələbə" planını açıqlayıb.