METBUAT.AZ

Dünya

3 yaşlı körpə öldü, anası həbs edildi -

26 Noyabr 2024 23:36

Türkiyənin paytaxtı Ankarada körpənin ölümünə görə doğma anası həbs edilib.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, hadisə Ankaranın Ayaş ilçəsində baş verib. Belə ki, Nuriye S. adlı qadın 3 yaşlı qızı Elif İkranın çarpayıdan yıxıldığını deyərək qonşularından kömək istəyib. O, qızının ciddi şəkildə əzildiyini həyat yoldaşına bildirib. Ata yaralı qızını xəstəxanaya aparıb. Aparılan tibbi müayinələr nəticəsində azyaşlının bədənində döyülmə izləri, qabırğalarında isə sınıq müəyyən edilib. İki gün müalicə olunan uşaq həyatını itirib.

İlkin ekspertiziya nəticələrinə əsasən Nuriye S. saxlanılıb. O, verdiyi ifadədə qızının yatarkən çarpayıdan yıxıldığını, sonra huşunu itirdiyini deyib. Lakin aparılan araşdırmalar və ilkin nəticələr körpənin şiddətə məruz qaldığını və yüksəkdən atıldığını göstərib.

Qadın məhkəmə qərarı ilə həbs edilib.


metbuat.az.