METBUAT.AZ

COP29

ABŞ COP29-dan növbəti həftələrdə tutarlı nəticələr gözləyir -

12 Noyabr 2024 11:57

“2023-cü ildə ABŞ-də istehsal olunan 36 giqavatt həcmində ekoloji cəhətdən təmiz elektrik enerjisi, yəni yaşıl enerji 20 milyondan çox evin elektrik enerjisi ilə təminatına kifayət edib”.

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən bildirib.

O əlavə edib ki, 4 il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində irəliləyişə nail olunub:

“Ötən həftə ABŞ-də prezident seçkiləri keçirilib, lakin buna baxmayaraq, ABŞ-dən olan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə naminə fəaliyyət göstərmək üçün bu gün buradadır. Bizim danışmağa sözümüz var. Biz ABŞ olaraq bu tədbirdən növbəti həftələrdə tutarlı nəticələr gözləyirik. Son 4 il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olub. Mən ümid edirəm ki, biz karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətimizi davam etdirəcək və əhalinin daha sağlam şəraitdə yaşamasını təmin edəcəyik”.


metbuat.az.