6 Noyabr 2024 00:14
ABŞ-da prezident seçkilərində bir sıra ştatlarda qalib bəllidir.
Metbuat.az xəbər verir ki, həmin ştatlar demokrat və respublikaçıların ənənəvi qalib gəldiyi yerlərdir. Yeri dairələrin məlumatına görə, əsas rəqabətin getdiyi 7 ştatdakı səslərin nəticəsi prezidentin adını müəyyən edəcək.
Qeyd edək ki, Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası seçkilərdə ümumilikdə 84,6 milyon nəfərin vaxtından əvvəl səs verdiyini açıqlayıb. Məlumata görə, 38,3 milyon nəfər poçt vasitəsilə 46,3 milyon nəfər isə seçki məntəqələrində səs verib.
Seçkilərdə 240 milyondan çox insanın səs verəcəyi proqnozlaşdırılır. Bundan əvvəlki seçkilərdə bu rəqəm 158,4 milyondan çox idi.