5 Noyabr 2024 10:41
ABŞ-da prezident seçkiləri ənənəvi olaraq Nyu Hempşir ştatının Diksvill Notç qəsəbəsindən start götürüb.
Metbuat.az xəbər verir ki, seçki məntəqəsinin yerləşdiyi “Balsams” otelinin nümayəndəsi seçkilərin başladığını bildirib.
Qəsəbənin cəmi 6 sakini ABŞ-da ilk səs verənlər arasında olub.
Qeyd edək ki, 1960-cı ildən bəri Diksvill Notç qəsəbəsində ilk seçki məntəqəsi açılır və bu ənənə bu gün də davam etdirilir.