METBUAT.AZ

İqtisadiyyat

Aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb -

25 Noyabr 2024 13:33

Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 470 minədək, o cümlədən qeyri-neft özəl sektorda 446 minədək artıb ki, bu da, əmək bazarının əhəmiyyətli leqallaşdırılmasına dəlalət edir: "Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu ilin yanvarın 1-dən 2024-cü ilin noyabrın 1-dək 1,8 dəfə artaraq 7,895 milyon təşkil edir".

M. Cabbarov bildirib ki, 10 ayda ölkə iqtisadiyyatı 4,9 % artıb ki, bu da, qlobal iqtisadi artımla bağlı gözləntilərdən 1,7 faiz bəndi yüksəkdir.


metbuat.az.