29 Noyabr 2024 21:19
"Real Madrid" rəhbərliyi "Liverpul"a məğlubiyyətdən sonra baş məşqçi Karlo Ançelottidən hesabat tələb edəcək.
Metbuat.az xəbər verir ki, “Liverpul”un həm oyun, həm də fiziki baxımdan “Real”dan üstün olması müzakirələrə səbəb olub. Ançelotti Ardanın zəif çıxışı, Mbappenin uğursuz oyunu və klubdakı zədələrə görə hesabat verəcək. Bildirilir ki, “Real Madrid”in məsul şəxsləri baş məşqçi ilə masa arxasında söhbət edəcək və gündəmdə olan məsələlər barədə baş məşqçinin fikirlərini soruşacaq. “Liverpul”la oyunda bəzi futbolçuların yüksək səviyyədə oynaya bilmədiyi müşahidə edilib. Xəbərdə deyilir ki, buna misal olaraq Ardanı göstərmək olar. Məşqçilər heyəti "Arda Camavinqaya qaç, Arda Valverdeyə kömək üçün qaç, Arda müdafiəyə qaç!" kimi göstərişlər verib. Türk futbolçu hara qaçacağını çaşdırıb və 55-ci dəqiqədə oyundan kənarlaşdırılıb.
Vinisius və Rodriqonun “Liverpul”la oyunda iştirak etmədiyi bir vaxtda Mbappenin öz baxımlı oyununu ortaya qoyacağı güman edilsə də, futbolçu bacarıqlarını nümayiş etdirə bilməyib.