19 Noyabr 2024 08:25
Arda Güler "Real Madrid"də baş məşqçi Karlo Ançelotti ilə heç bir probleminin olmadığını bildirib.
Metbuat.az xəbər verir ki, o, məşqçi ilə gərginlik yaşadığına görə az oyun şansı əldə etməsi ilə bağlı iddiaları təkzib edib. O klubda problemin olmadığını irəli sürüb. Arda hər matçda oynamaq istədiyini, lakin futbolçu seçiminin məşqçinin ixtiyarında olduğunu ifadə edib.
Qeyd edək ki, “Real”da az oyun şansı əldə edən Arda Gülerin icarəyə gedəcəyi barədə iddialar var. İddia edilir ki, Arda klubdan getmək barədə qərar verib. Onun mövsümün fasiləsində icarəyə gedəcəyi və mövsümün sonunda “Real”a qayıdacağı irəli sürülür.