1 Noyabr 2024 11:49
“Real Madrid”də az oyun şansı əldə edən Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Ardanın klubdan ayrıla biləcəyi irəli sürülüb. “Fichajes”in xəbərinə görə, Arda Güler “Real”dan ayrılmağı nəzərdən keçirir. Karlo Ançelottidən kifayət qədər oyun şansı ala bilməyən Arda Gülerin "Real Madrid"dən icarə əsasında ayrıla biləcəyi iddia edilir. Bu mövsüm 11 matçda cəmi 292 dəqiqə oynaya bilən futbolçu, əsas heyət oyunçusu ola biləcək klubda forma geyinmək istəyir. Məlumata görə, Ançelottinin az oyun şansı verdiyi Arda “Real Madrid”də tələb olunan yüksək tempə uyğunlaşa bilmir.Ançelottinin etimadını qazana bilməyən futbolçunun indi komandadan icarəyə getməyə daha razı olduğu iddia edilib.
Xəbərdə Arda Gülerlə bir sıra Avropa komandalarının maraqlandığı da vurğulanıb. Arda Gülər bu mövsüm “Real Madrid”də oynadığı 11 matçda nə qol vura bilib, nə də məhsuldar ötürmə verə bilib.