29 Noyabr 2024 23:17
İsrail və Livan arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra livanlılar evlərinə qayıdır.
Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat paylaşıb. Məlumata görə, İsrail və Livan arasında atəşkəs əldə edildikdən sonra 15 mindən çox livanlı Suriyadan evlərinə qayıdıb.
Qeyd edək ki, Livandakı bombardmanlardan sonra minlərlə livanlı və suriyalı Suriyaya köçmüşdü. Livanda atəşkəs razılaşması iki gün əvvəl qüvvəyə minib. Razılaşmanın ikinci maddəsində deyilir ki, İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum həyata keçirməyəcək.