18 Noyabr 2024 16:52
İsveçdə vətəndaşlara müharibəyə və ya digər gözlənilməz böhran vəziyyətinə necə hazırlaşmaq və onun öhdəsindən gəlmək barədə məsləhətlər verən kitabçalar verilib.
Metbuat.az xəbər verir ki, milyonlarla isveçli kitabça sayəsində böhran hallarındakı necə davranmalı olduğunu təkrarlayacaq. "Böhran və ya müharibə gələrsə" adlı kitabça altı il əvvəlki orijinal versiyası ilə müqayisədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən yenilənib. Buna səbəb Rusiya ilə Ukrayna arasında baş verən müharibədir. Kitabçanın ölçüləri də əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılıb. Qeyd edək ki, bundan əvvəl Finlandiya "Hadisələrə və böhranlara hazırlıq" adlı öz onlayn bələdçisini nəşr edib.
Həmçinin Norveçdə sakinlərə ekstremal hava hadisələri, müharibə və digər təhdidlər halında özlərini idarə etməyi tövsiyə edən broşürlar paylanılıb.