12 Noyabr 2024 16:31
Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrili və Serbiya bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O qeyd edib ki, Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir: "Bizim üçün qazın toplanması və sonradan elektrik enerjisi istehsalı üçün Bolqarıstan və Serbiya arasında interkonnektor, eləcə də qaz dəhlizi çox vacibdir. Digər tərəfdən, Rusiyanın Azərbaycan vasitəsilə İranla, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri də bizim üçün çox faydalıdır".
A.Vuçiç Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət yetirərək, bildirib ki: "Mərkəzi Asiya ölkələri arasında Orta dəhliz də bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən öz vətəndaşlarıma və serbiyalı jurnalistlərə demək istərdim ki, son vaxtlar burada, Azərbaycanda müşahidə etdiyim tərəqqidən heyrətlənmişəm".