METBUAT.AZ

İqtisadiyyat

"Bakı Fond Birjası"na xəbərdarlıq edildi

5 Noyabr 2024 09:59

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-yə (BFB) rəsmi xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində BFB-nin “Qiymətli kağızlar bazarı haqqında” qanunun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib və Birjaya xəbərdarlıq olunub.


metbuat.az.