11 Noyabr 2024 15:02
Bakıda mikromobillik üçün nəzərdə tutulmuş ərazilərə daha biri əlavə olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, aparılan işlər çərçivəsində Dəniz Vağzalının arxa hissəsində mikromobillik zolaqları yaradılıb, bu isə şəhər sakinlərinin və turistlərin hərəkətini daha da asanlaşdıracaq.