15 Noyabr 2024 20:34
Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", məlumatda vurğulanıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.