METBUAT.AZ

İqtisadiyyat

Banklar dollarla tam təmin olundu -

7 Noyabr 2024 14:40

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, hərracda tələb 77,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.


metbuat.az.