METBUAT.AZ

İqtisadiyyat

Banklarda ən çox əmanət yerləşdirən regionlar -

30 Noyabr 2024 13:14

Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.

Metbuat.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.

Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.

Digər regionlar üzrə göstəricini təqdim edirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər

Regionların adı

Cəmi (min manat)

Orta % dərəcəsi

Bakı iqtisadi rayonu

12,645,875

4.15%

Abşeron-Xızı iqtisadi rayonu

451,871

6.27%

Gəncə-Daşkəsən iqtisadi rayonu

224,093

5.99%

Quba-Xaçmaz iqtisadi rayonu

138,604

5.24%

Lənkəran-Astara iqtisadi rayonu

127,209

5.10%

Şəki-Zaqatala iqtisadi rayonu

125,003

4.29%

Mərkəzi Aran iqtisadi rayonu

118,121

5.16%

Qazax-Tovuz iqtisadi rayonu

113,145

5.56%

Qarabağ iqtisadi rayonu

92,175

4.29%

Şirvan-Salyan iqtisadi rayonu

67,968

4.16%

Naxçıvan iqtisadi rayonu

67,631

3.65%

Mil-Muğan iqtisadi rayonu

50,691

3.18%

Dağlıq Şirvan iqtisadi rayonu

43,605

4.79%

Şərqi Zəngəzur iqtisadi rayonu

-

-

Cəmi

14,265,991

4.28%


metbuat.az.