METBUAT.AZ

Gündəm

Bələdiyyə seçkiləri bu tarixdən sonra keçirilə bilər

6 Noyabr 2024 17:09

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

M.Pənahovun sözlərinə görə, 2025-ci il yanvarın sonunda bütün bələdiyyələrin səlahiyyətləri başa çatır.


metbuat.az.