METBUAT.AZ

İdman

"Beşiktaş" - "Makkabi" matçı Bakıda keçiriləcək? -

6 Noyabr 2024 11:51

AFFA UEFA Avropa Liqasında Türkiyənin "Beşiktaş" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında matçın Bakıda təşkil olunma ehtimalına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu barədə Report-a qısa açıqlama verib.

O, AFFA-ya bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Beşiktaş" - "Makkabi" görüşü noyabrın 28-nə planlaşdırılıb. Türkiyə tərəfi təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməyəcəyini açıqlamışdı.


metbuat.az.