METBUAT.AZ

Dünya

Borrell İsrail ordusunun hücumlarını qınadı

11 Noyabr 2024 22:34

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya bölgəsinə hücumunu qınayıb.

Metbuat.az xəbər verir ki, Borrell X hesabında İsrailin Qəzzaya hücumları barədə yazıb. O qeyd edib ki, Qəzzanın şimalında baş verənləri ifadə etmək üçün getdikcə etnik təmizləmə sözündən istifadə olunur. Avropalı nümayəndə bildirib ki, bölgədəki humanitar fəlakətin qarşısı alınmalıdır. Onun sözlərinə görə, İsrailin yardımların bölgəyə buraxılmasına dair öhdəlikləri var.

Borrell beynəlxalq ictimaiyyəti Qəzza ilə bağlı hərəkətə keçməyə çağırıb. Borrell, “Beynəlxalq ictimaiyyət və İsrailin əsas müttəfiqləri fələstinlilərin problemlərinə son qoymaq və əsirləri xilas etmək üçün tədbirlər görməlidir” - deyə bildirib.


metbuat.az.