22 Noyabr 2024 03:19
Böyük Britaniyanın müdafiə naziri Con Healey ölkənin müdafiə büdcəsindən 500 milyon funt-sterlinqə qənaət etmək üçün 6 köhnə layihənin ləğv edildiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o bilidirib ki, bu çərçivədə Kral Donanmasına aid iki amfibiya hücum gəmisi, bir freqat, 31 helikopter və pilotsuz uçuş aparatı inventardan çıxarılacaq. Healey parlamentdəki açıqlamasında ləğv edilən layihələrin köhnə texnologiya ilə işlədiyi üçün yüksək texniki xidmət xərcləri tələb etdiyini ifadə edib. Ləğv edilən layihələr arasında “HMS Bulwark” və “HMS Albion” amfibiya hücum gəmiləri də var. Healey bildirib ki, bu gəmilərin saxlanması hər il 9 milyon funt-sterlinqə başa gəlir, lakin onlar aktiv əməliyyatlarda istifadə edilmir. Müdafiə Nazirliyi 14 “Chinook” və 17 “Puma” helikopterlərinin də istifadədən çıxarılacağını açıqlayıb.
Yeni helikopter proqramlarının işə düşməsinin bir neçə il çəkəcəyi bildirilir. Bundan əlavə, texniki problemi olan “Watchkeeper MK1 PUA”ları da inventardan çıxarılacaq. Healey bildirib ki, ixtisarlara baxmayaraq, ordu personalının motivasiyasını artırmaq üçün yeni maddi təşviqlər təklif olunacaq. Ordunun müdafiə xərclərinin azaldılması müxalifət partiyaları tərəfindən etirazla qarşılanıb.