29 Noyabr 2024 13:43
Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, 29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri keçirilək.
Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Beləliklə, 2025-ci il yanvarın 29-u - çərşənbə günü qeyri-iş günü olacaq.