METBUAT.AZ

Dünya

COP17 Ermənistanda keçiriləcək

1 Noyabr 2024 10:20

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Konvensiya Katibliyi məlumat yayıb.

Bildirilib ki, qərar hazırda Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.

Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.


metbuat.az.