12 Noyabr 2024 22:27
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.
İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər.
Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.
COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.