5 Noyabr 2024 00:18
Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) elektron viza sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib.
Metbuat.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək”, - məlumatda bildirilib.
"COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.
Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə ilk vizanın alındığı UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.
"COP29 Xüsusi Viza"sı rəsmi
COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.