METBUAT.AZ

Siyasət

Daimi sülh istiqamətində tarixi bir fürsət qapısı açılıb -

8 Noyabr 2024 23:07

Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində tarixi bir fürsət qapısı açılıb. Ermənistanın bunu anlayaraq hərəkətə keçməsinə ümid edirik.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir deyib ki, artıq Qafqazın savaşa deyil, dostluq və iş birliyinə ehtiyacı var:

"Bölgənin sabitlik və rifahı üçün hərtərəfli normallaşmanın təmin olunması Türkiyənin əsas gözləntisidir".

Y.Gülər qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ortaya qoyduğu qəhrəmanlıq türkçülük ruhunun gücündən bəslənib:

"Azərbaycan Ordusunun üçrəngli bayrağı Şuşada və Xankəndində dalğalandırması, öz torpaqlarını almaq üçün göstərdiyi cəsarət tarixin qızıl səhifələrində müstəsna yerini alıb".

O, İkinci Qarabağ Müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib.


metbuat.az.