12 Noyabr 2024 09:02
PSJ-nin hücumçusu Usman Dembele zədə səbəbindən Fransa millisinin heyətindən çıxarılıb.
Metbuat.az xəbər verir ki, 27 yaşlı futbolçu Millətlər Liqasında Fransa yığmasının İsrail və İtaliya ilə oynayacağı matçlarda iştirak edə bilməyəcək. Onun əvəzinə milli komandaya Almaniyanın "Bavariya" klubundan Kinqsli Koman çağırılıb.
Qeyd edək ki, Fransa noyabrın 14-də İsraili evdə, noyabrın 17-də isə İtaliyanı səfərdə qəbul edəcək.