2 Noyabr 2024 16:15
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə davamlı olaraq ağacların əkilməsi və onlara qulluq göstərilməsi işi davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Zəfər Günü ilə bağlı növbəti ağacəkmə aksiyası keçiriblər.
Seçilmiş ərazilərdə bölgənin iqlim şəraitinə uyğun Eldar şamları və zeytun ağacları əkilib. Ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb.