7 Noyabr 2024 10:11
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.
Metbuat.az xəbər verir ki, qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.