7 Noyabr 2024 22:24
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərin hazırlanması ilə bağlı yeni qaydalar müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, dönərçilər yeni qaydaların aldıqları dönər ətinin qiymətinə də təsir etdiyini bildiriblər.
Yeni qaydaların onlara sərf etmədiyini deyən dönər ustaları hesab edirlər ki, toyuq və ət dönərinin hər ikisinin qiyməti artacaq.
Qaydalara görə, qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal və ya onların qarışığından, quş ətindən hazırlanmış dönəri isə toyuq əti və hind toyuğu və ya bu quş ətlərinin qarışığından hazırlana bilər.
AQTA-dan “Xəzər Xəbər”ə verilən məlumata görə, çiy dönərin hazırlanması və istehlakı ilə bağlı da şərtlər təsdiqlənib.
Qeyd olunub ki, çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır. Dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti isə ən çoxu 12 saatdır.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: