12 Noyabr 2024 12:04
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbudanın Baş naziri Qaston Braunla fikir mübadiləsi aparıb.
Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirildi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.