METBUAT.AZ

İdman

Əliyar Ağayev ÇL matçında qolu qeydə aldı -

6 Noyabr 2024 09:56

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda ötən gecə keçirilən “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ağayev matçın 19-cu dəqiqəsində "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.

Əliyar Ağayev bu oyunda meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə də göstərib. Oyun "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 4 turdan sonra “Monako” 10 xalla 3-cü, “Bolonya” 1 xalla 30-cu yeri tutur.


metbuat.az.