17 Noyabr 2024 12:44
Rusiya-Gürcüstan sərhədində yerləşən "Yuxarı Lars" keçid məntəqəsi yük maşınlarının hərəkəti üçün bağlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilib ki, yolların buz bağlaması Qudauri-Kobi istiqamətində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Bu məhdudiyyət yalnız yük maşınlarına şamil edilir, minik avtomobillərinin hərəkəti isə davam edir. Hazırda sərhəd məntəqəsində 2025 yük maşını gözləyir ki, onlardan 630-u Ermənistana məxsusdur.