METBUAT.AZ

İdman

"Fənərbaxça" "Zenit"i məğlub etdi

15 Noyabr 2024 23:23

"Fənərbaxça" yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.

Metbuat.az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Fənərbaxça"nın Türkiyə Superliqasında 26 xalı var. "Zenit" isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.


metbuat.az.