METBUAT.AZ

Dünya

Fransa silahlarının Rusiyada istifadəsinə icazə verilə bilər

19 Noyabr 2024 23:42

ABŞ-nin Rusiyada Amerika silahlarından istifadə etməyə icazə verməsindən sonra Fransa hökumətinin də belə bir icazə verə biləcəyi müzakirə edilir.

Metbuat.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısı öncəsi məsələ ilə bağlı açıqlama verib. Barrot Ukraynaya Fransa raketlərinin Rusiya ərazisində istifadəsinə icazə verilməsi məsələsini dəyərləndirib. O bildirib ki, Rusiya ərazisində fransız raketlərinin məhdud istifadəsinə icazə hələ də müzakirə mövzusudur. Barrot, "Açıq şəkildə dedik ki, bu, nəzərdən keçirəcəyimiz bir variantdır” - deyə bildirib.

Qeyd edək ki, ABŞ administrasiyasının Ukraynaya məhdud şəkildə Rusiya ərazisində uzaqmənzilli ABŞ silahlarından istifadə etməyə icazə verdiyi barədə xəbərlər dərc edilib.


metbuat.az.