METBUAT.AZ

Dünya

G7 ölkələri Ukraynaya dəstək bəyanatı qəbul etdi

17 Noyabr 2024 01:23

Böyük Yeddiliyin (G7) sədri, İtaliyanın Baş naziri Ciorcia Meloninin təşəbbüsü ilə G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin mininci günü ilə bağlı bəyanat qəbul ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Qeyd edilib ki, bəyanatda G7 liderləri Ukraynaya daimi dəstəklərini təsdiqləyərək, ölkənin suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və yenidən qurulması uğrunda apardığı mübarizəyə həmrəylik nümayiş etdiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski də sosial şəbəkədə paylaşım edərək İtaliyanın Baş naziri və G7 liderlərinə Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


metbuat.az.