26 Noyabr 2024 21:34
Cənubi Koreya markası "Samsung"un orta seqment A seriyasının yeni üzvü olması gözlənilən "Galaxy A56"nın ilk görüntüsü yayılıb.
Metbuat.az xəbər verir ki, "@OnLeaks"in əldə etdiyi görüntülərdə cihaz düz kənarları və əvvəlki modelə nisbətən incə çərçivələri ilə daha zərif görünür.
"Galaxy S24" və "Galaxy S24+" modellərinə bənzər düz kənarlara malik olan "Galaxy A56"da ilk olaraq "Galaxy A55"də təqdim edilən "Key Island" dizaynı yenidən yer alıb.
Görüntülərdən ekran ətrafındakı çərçivələrin daha incə və səliqəli olduğunu görmək mümkündür. Arxa tərəfdə isə üç kamera modulunun yerləşdiyi görünür.
Qeyd edək ki, daha əvvəl "Galaxy A56" modelində 50 MP əsas arxa kamera, 12 MP ultra geniş kamera, 5 MP makro kamera və 12 MP ön kamera yer aldığı bildirilmişdu. Telefonun texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumatın gələn ilin əvvəlinə planlaşdırılan təqdimatdan əvvəl ortaya çıxması gözlənilir.