METBUAT.AZ

İdman

Haaland təklifə razılıq verdi -

21 Noyabr 2024 22:43

"Mançester Siti"nin Erlinq Haalanda təklif etdiyi yeni müqavilənin detalları məlum olub.

Metbuat.az xəbər verir ki, "Mançester Siti", maliyyə pozuntularına görə aşağı liqaya düşmək ehtimalına baxmayaraq, Haalandla müqavilə imzalamaq istəyir. Məlumata görə, Haalandın hazırda 2027-ci ilə qədər müqaviləsi var və bonuslar olmadan həftədə 375000 funt sterlinq qazanır. Bu onun illik 20 milyon funt sterlinq qazanması deməkdir. Yeni təklifə əsasən Haaland həftəlik 600 min avro qazana bilər. Bu o deməkdir ki, norveçli futbolçu ildə 30 milyon avrodan çox qazanacaq. Onun müqaviləsinin 2029-ci ilə qədər artırılması nəzərdə tutulub. Bildirilir ki, Haaland təklifə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl Pep Qvardiolanın klubda qalacağı və 1+1 illik yeni müqavilə imzalayacağı açıqlanmışdı.


metbuat.az.