METBUAT.AZ

Dünya

Hakan Fidandan Suriyadakı döyüşlərlə bağlı açıqlama

30 Noyabr 2024 16:43

"Türkiyə hökumətinin Suriyanın İdlib və Hələb əyalətlərində hökumətyönlü qoşunlarla müxalif qüvvələr arasında gedən döyüşlərlə heç bir əlaqəsi yoxdur".

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. Ehtiyat tədbirləri görülür. Yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - H.Fidan bildirib.


metbuat.az.