13 Noyabr 2024 08:25
HƏMAS ərəb dünyası və İslam ölkələrindən İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün daha çox səy göstərmələrini istəyib.
Metbuat.az xəbər verir ki, HƏMAS Ər-Riyadda keçirilən və Qəzzaya hücumların müzakirə olunduğu İƏT-Ərəb Liqası Fövqəladə Birgə Zirvə Toplantısı ilə bağlı yazılı açıqlama verib. Bəyanatda, Qəzzanın blokadasının aradan qaldırılması və Fələstin xalqına humanitar yardımların çatdırılması istənilib. Bildirilib ki, birgə zirvə toplantısının yekun bəyannaməsindəki qərarlar, İsraili Qəzzaya hücumları dayandırmağa məcbur etmək üçün daha çox səy göstərməsini və praktiki həllərin istehsalını tələb edir.
HƏMAS müsəlman ölkələrdən İsrailin təcavüzünün qarşısını almaq və blokadanı aradan qaldırmaq üçün mövcud mexanizmlərin səfərbər edilməsini və sammitdə qəbul edilən qərarların həyata keçirilməsini istəyib.