METBUAT.AZ

Dünya

İlon Mask İran rəsmiləri ilə görüşdü -

15 Noyabr 2024 22:47

Amerikalı milyarder İlon Maskın Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq üçün İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşdüyü iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Məlumata görə, adının açıqlanmasını istəməyən iki İran rəsmisi Musk və İrəvani arasında görüşün Nyu Yorkda keçirildiyini bildirib. Görüşün bir saatdan çox davam etdiyini bildirən rəsmilər danışıqların məhsuldar keçdiyini ifadə edib. Rəsmilər görüşün Maskın istəyi ilə İran və ABŞ arasında gərginliyi azaltmaq məqsədi ilə keçirildiyini qeyd ediblər. Rəsmilər bildiriblər ki, İrəvani Maska sərmayələrini Tehrana yönəltməyi təklif edib və bunun üçün ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyaları ləğv etməsini tövsiyə edib.

İranın BMT-dəki Daimi Nümayəndəliyi görüşlə bağlı hər hansı şərh verməyib.


metbuat.az.