21 Noyabr 2024 15:19
"Mançester Yunayted" mövsümün sonunda sərbəst oyunçu olacaq Alfonso Daviesi transfer etmək üçün “Real Madrid” ilə yarışır.
Metbuat.az xəbər verir ki, kanadalı müdafiəçinin “Real”la prinsipial razılığa gəldiyi deyilir. “Bild” qəzetinin yazdığına görə, "Mançester Yunayted" futbolçuya daha çox məvacib təklif edərək, onu razı salmağa çalışır. Bildirilir ki, "Mançester Yunayted" daha rəqabətli komanda yaratmağa çalışır. Buna görə də, ulduz futbolçuların kluba cəlb edilməsi üçün böyük büdcə ayrılıb. Bildirilir ki, "Mançester Yunayted" “Real Madrid”in transfer strategiyasına keçərək, müqavilələri sona yaxınlaşan ulduz futbolçuları heyətinə qatmaq istəyir. Bununla klublar futbolçuların menecerlerinə də yüksək məbləğlər ödəmirlər.
Qeyd edək ki, 2019-cu ildə Vankuverdən 14 milyon avroya transfer edilən Alfonso Davies “Bavariya”nın heyətində 213 matçda meydana çıxıb və 11 qol, 34 məhsuldar ötürmə ilə yadda qalıb.