METBUAT.AZ

Region

İranın paytaxtı dəyişir -

20 Noyabr 2024 23:59

İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında ölkənin paytaxtı Tehranın başqa bir bölgəyə köçürülməsi planının hazırlanmağa başlandığını elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Pezeşkian paytaxtın köçürülməsi planı üçün birinci müavin Mohammad Reza Arefi məsul təyin edib. Prezident bildirib ki, bu məsələ ciddi şəkildə diqqətə alınmalıdır, çünki gələcəkdə ekoloji böhranlar və digər problemlərlə üzləşməmək üçün bu addımın atılması vacibdir.

Xatırladaq ki, Pezeşkian sentyabr ayında verdiyi açıqlamada, paytaxtın cənub bölgəsinə köçürülməsi fikrini irəli sürmüşdü. Bu planın hazırlanması İranın gələcəkdə qarşılaşa biləcəyi çətinliklərə qarşı önləyici tədbir olaraq qiymətləndirilir.


metbuat.az.