METBUAT.AZ

Dünya

İstanbulda sürücüsüz metro təşvişə səbəb oldu -

15 Noyabr 2024 23:56

İstanbulda sürücüsüz metro panikaya səbəb olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Üsküdar-Samandıra metro xəttində sürücüsüz qatar beş stansiyada dayanmadan hərəkət edib. Bu da sərnişinlər arasında ciddi narahatlıq yaradıb.

Lazım olan stansiyada düşmək istəyən sərnişinlər nə baş verdiyini anlamayıblar. Sərnişinlərin təcili dayanma düyməsinə basmasına baxmayaraq, metro hərəkətini davam etdirib və yalnız Altınşehir stansiyasına yaxın yerdə dayana bilib.

Qatarı tərk etmək məcburiyyətində qalan sərnişinlər öz imkanları ilə raylara enərək bir müddət reslərdə yeriyib stansiyaya çatmağa çalışıblar. Bu anları telefonları ilə çəkən sərnişinlərdən biri digərlərini "Tez çıxaq, arxadan metro gəlir" deyə xəbərdarlıq edib.


metbuat.az.