28 Noyabr 2024 14:03
Noyabrın 28-də Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Bildirilib ki, hərracda tələb 80,1 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.